Türkiyəli məşhur fenomen azadlığa buraxılacaq

Türkiyəli məşhur fenomen azadlığa buraxılacaq
  19 Avqust 2024    Oxunub:389
“Çirkli pulların yuyulması” və “vergidən yayınma” ittihamları ilə həbs olunan türkiyəli məşhur sosial media fenomeni Dilan Polat azadlığa buraxılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Dilan və Engin Polatla bağlı yeni qərar
Bildirilib ki, məhkəmənin qərarı ilə fenomen həbs olunmadan mühakimə olunacaq. Dilan və həyat yoldaşı Engin Polat sentyabrın 14-də yenidən məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Eyni zamanda onların əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   DilanPolat   EnginPolat  





Xəbər lenti