Kolleclərə qeydiyyat prosesi uzadılıb

Kolleclərə qeydiyyat prosesi uzadılıb
  19 Avqust 2024    Oxunub:390
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi 22 avqust saat 18:00-dək uzadılıb.
Bu barədə AzVision.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciət üçün https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti seçilməlidir.

Qeydiyyatla bağlı müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

AzVision.az



Teqlər:





Xəbər lenti