İtaliyada turist qayığı batıb, 7 nəfər itkin düşüb

İtaliyada turist qayığı batıb,    7 nəfər itkin düşüb
  19 Avqust 2024    Oxunub:392
İtaliyanın Siciliya adasının sahillərində 22 turisti daşıyan Britaniya bayraqlı yelkənli qayığın batması nəticəsində 7 nəfərin itkin düşdüyü bildirilib.
AzVision.az xəbər verir ki, qayıqda 2 Fransa, 1 İrlandiya, 1 Yeni Zelandiya, 1 Şri-Lanka və 17-i Böyük Britaniya vətəndaşı olub.

Hadisədən sonra 1-i uşaq olmaqla 15 nəfər xilas edilib. İtaliya yanğınsöndürmə xidmətinin məlumatına görə, itkin düşənlərin axtarışları davam edir, xilasedicilər, helikopterlər və təcili tibbi yardım maşınları hadisə yerinə cəlb olunublar.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti