"Qazprom" və "SOCAR" strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər

"Qazprom" və "SOCAR" strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər
  19 Avqust 2024    Oxunub:361
“Qazprom” QSC-nin İdarə Heyətinin sədri Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına dövlət səfərinin tədbirlərində iştirak edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Qazprom” QSC-yə istinadən məlumat verib.

Aleksey Miller qeyd edib ki, “Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik şəkildə inkişaf edir.

"O cümlədən, söhbət Şimal-Cənub layihəsindən və bu ilin sentyabrında hərtərəfli elmi-texniki əməkdaşlıq proqramının imzalanmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub", - deyə A.Miller bildirib.

AzVision.az





Teqlər:





Xəbər lenti