Türkiyə kəşfiyyatı daha bir terrorçunu məhv etdi

Türkiyə kəşfiyyatı daha bir terrorçunu məhv etdi
  20 Avqust 2024    Oxunub:760
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk şəhərində keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatının üzvü, “Sema Cuya Çevlik” kod adlı Zilan Azakı zərərsizləşdirib.
AzVision.az "TRT Haber"ə
MİT PKK-nın rəhbərlərindən birini məhv edib
istinadən xəbər verir ki, Zilan Azakının yerini MİT-in agentləri müəyyənləşdirib.

Bildirilib ki, terrorçu təşkilatın dron hücumlarında iştirak edirdi.

Bundan əlavə, təhlükəsizlik qüvvələri tərəfindən yayılan məlumata əsasən, terrorçu universitet təhsilini yarımçıq qoyaraq 2015-ci ildə PKK terror təşkilatına qoşulub. O, İraqın Qara şəhərində silahlı təlim keçib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   MİT   PKK   terrortəşkilatı  





Xəbər lenti