Moskva güclü hava hücumuna məruz qalıb

Moskva güclü    hava hücumuna    məruz qalıb
  21 Avqust 2024    Oxunub:942
Avqustun 21-nə keçən gecə Podolsk şəhər dairəsində hava hücumundan müdafiə (HHM) sistemləri Moskva istiqamətində uçan 10 pilotsuz təyyarəni vurub.
Moskva şəhərinin meri Sergey Sobyanin paytaxta hücum cəhdinin “bütün dövrlərin ən böyüklərindən biri” olduğunu deyib. İlkin məlumata görə, itki yoxdur. O, ilk pilotsuz təyyarənin Podolsk səmasında təxminən gecə saat 3-də, Moskvaya doğru uçan doqquzuncu və onuncu PUA-ların isə saat 4:40 radələrində məhv edildiyini açıqlayıb.

“Moskvaya doğru uçan daha iki pilotsuz təyyarə vurulub. Moskvanın çox səddli müdafiəsi bütün hücumları uğurla dəf etməyə imkan verdi. Müdafiə nazirliyinin HHM qüvvələri bu gecə on hədəfi vurub. Bu, indiyədək dronlarla Moskvaya ən böyük hücum cəhdlərindən biridir. Vəziyyəti izləməyə davam edirik”, - Sobyanin öz Telegram səhifəsində bildirib.

Moskva vilayəti ilə yanaşı, Ukrayna dronları Bryansk, Tula və Belqorod vilayətlərinə də gecə saatlarında hücum ediblər. Bryanskda 18, Tulada isə 2 PUA vurulub. Belqorod vilayətinin qubernatoru da bölgə səmasında “bir neçə hava hədəfinin” məhv edildiyini bildirib. Bundan əlavə Rostov vilayətinin qərbində raket vurulduğu deyilir.

Rusiyanın Müdafiə nazirliyi isə ötən gecə növbətçi HHM sistemlərinin Rusiya səmasında ümumilikdə Ukraynanın 45 təyyarə tipli PUA-sını məhv etdiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Moskva   PUA   hücum  





Xəbər lenti