İranın Aİİ-də müşahidəçi olmaq müraciətinə baxılıb
Müşavirəyə ittifaqa üzv ölkələrin XİN müavinləri, İran tərəfindən isə Xarici İşlər Nazirliyinin Çoxtərəfli iqtisadi əməkdaşlıq Departamentinin direktoru Seyid Cəlaləddin Ələvi Səbzevari qoşulub.
Müşavirə iştirakçıları AİK ilə İran arasında iqtisadi-ticari əməkdaşlığın inkişafını diqqətə çatdıraraq, bu ölkənin ittifaqda müşahidəçi dövlət statusu almasını dəstəkləyiblər. Xarici tərəfdaşa belə bir statusun verilməsi barədə qərarı isə ittifaqa üzv dövlətlərin başçıları təsdiqləyəcəklər.
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. İttifaqa Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Firudin Həmidli
AzVision.az