Kennedi namizədliyini geri götürə bilər

Kennedi namizədliyini geri götürə bilər
  21 Avqust 2024    Oxunub:902
ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi seçkidən geri çəkilməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Kennedinin vitse-prezidentliyə namizədi Nikol Şanahan deyib.
Kennedi: "Trampı yalnız mən məğlub edə bilərəm"
Bildirib ki, R.Kennedi keçmiş prezident Donald Trampı dəstəkləyəcək.

“New Yorker” qəzetində son aylarda çıxan xəbərə görə, Kennedinin Tramp haqqında “O, qorxunc bir insandır”, “O, indiyə qədərki ən pis prezidentdir”, "O, demək olar ki, insan deyil” kimi ifadələr işlətdiyi bildirilib. Bundan əlavə Tramp və Kennedinin keçən ay Respublikaçılar Partiyasının Milli Konqresindən əvvəl telefonla danışdığı qeyd olunub. Eyni zamanda bir müddət öncə Tramp kiçik Robert Kennedi ilə görüşərək namizədliyini geri götürməsini və onu dəstəkləməsini də xahiş edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   RobertKennedi   DonaldTramp   ABŞ  





Xəbər lenti