Bakıda “Starlink” internet xidmətinin təşkili müzakirə edildi

Bakıda “Starlink” internet xidmətinin təşkili müzakirə edildi
  21 Avqust 2024    Oxunub:1236
Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkil olunması müzakirə edilib.
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Bakıda səfərdə olan “Starlink” peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanterlə görüşdə baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti