Bakının müraciətinə BRİKS-in Kazan sammitində baxıla bilər

   Bakının müraciətinə BRİKS-in    Kazan sammitində    baxıla bilər
  21 Avqust 2024    Oxunub:820
Azərbaycanın BRİKS-ə daxil olmaq üçün rəsmi müraciətinə təşkiların bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər.
xəbər verir ki, Rusiyanın Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov belə deyib.

“Ola bilsin ki, BRİKS-in 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək sammitində Azərbaycanın müraciətinə baxılacaq və onun təşkilata daxil olması barədə qərar qəbul ediləcək”, - rusiyalı senator öz Telegram-kanalında yazıb.

O, hazırda, demək olar ki, bütün BRİKS üzvü olan ölkələrlə məhsuldar əməkdaşlıq quran Azıərbaycan, həm də müstəqil xarici siyasət nümayiş etdirdiyinə diqqət çəkib. Cabarov “gec-tez” digər MDB ölkələrinin də BRİKS-ə qoşulacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Bakıya son dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevi BRİKS-in oktyabr ayında keçiriləcək sammitinə dəvət edib.

Bundan əvvəl, iyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın təşkilatın tamhüquqlu üzvü olmaq istədiyini bildirmişdi. Avqustun 20-də isə Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə respublikanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət etdiyini açıqlayıb. Hazırda bu təşkilatın 10 üzvü var.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   BRİKS   Cabarov  





Xəbər lenti