Mişel Obama: “Tramp qaradərili işçinin yerinə göz dikib”

   Mişel Obama: “Tramp    qaradərili işçinin    yerinə göz dikib”
  21 Avqust 2024    Oxunub:997
ABŞ prezidentliyinə namizəd Donald Tramp afroamerikalılar üçün iş yerini, yəni ABŞ prezidenti postunu tutmaq istəyir.
“NBC News” portalının yaydığı məlumata görə, ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama belə iddia ilə çıxış edib.

“Kim Trampa onun indi iddialı olduğu ABŞ prezidenti vəzifəsinin qaradərili adamlardan birinin işi ola biləcəyini deyəcək?”, - Mişel Obama Demokratlar Partiyasının Çikaqoda keçirilən Milli qurultayında çıxışı zamanı sual edib.

O, həmçinin heç bir siyasi baxışları olmayan Trampı bu çatışmazlığını prezidentliyə namizəd Kamala Harrisin cinsinə və irqinə “hücumlarla əvəz etməkdə” günahlandırıb.

Xatırladaq ki, iyulun 26-da ABŞ-nin sabiq ilk qaradərilil prezidenti Barak Obama və onun xanımı Mişel gələcək prezident seçkilərində indiki vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyiblər. Keçmiş Amerika liderinin yayımladığı videoda Kamala Harrislə fəxr etdiyini deyən Mişel Obama onun namizədliyinin irəli sürülməsini tarixi məqam adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mişel   Tramp    





Xəbər lenti