Dünyanın ən yaşlı insanı: 116 yaşlı macəra həvəskarı Tomiko İtuka

   Dünyanın ən yaşlı insanı:    116 yaşlı macəra həvəskarı Tomiko İtuka
  22 Avqust 2024    Oxunub:1105
Dünyanın ən yaşlı insanı adı hazırda yaponiyalı 116 yaşlı Tomiko İtukaya məxsusdur. 23 may 1908-ci ildə anadan olan İtuka macəra həvəskarıdır. 20 yaşında ailə qurub və 4 övladı var.
Avqustun 19-da ispaniyalı 117 yaşlı Mariya Branyasın ölümündən sonra 116 yaşlı Tomiko Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı elan olunub. Ona dünyanın ən yaşlı insanı olduğu deyiləndə “Təşəkkür edirəm” deyə cavab verib.

Tomiko İkinci Dünya Müharibəsi illərində ərinin tekstil fabrikini idarə edib. 1979-cu ildə əri dünyasını dəyişdikdən sonra Nara şəhərində tək yaşayıb. Hazırda Aşiya şəhərindəki qocalar evində yaşayır. İtukanın ən sevimli yeməyi banandır.

Keçmiş alpinist və macəra həvəskarı Tomiko İtuoka 70 yaşında iki dəfə 3067 metrlik Ontake dağına çıxıb. O, 100 yaşında Yaponiyanın Aşiya məbədinin uzun daş pilləkənlərini çəliyin dəstəyi olmadan çıxa bilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Dünyanınənyaşlıinsanı   Tomikoİtuka   Yaponiya  





Xəbər lenti