Qrossi Kurska gedəcək

   Qrossi Kurska gedəcək
  22 Avqust 2024    Oxunub:1109
Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi gələn həftə Rusiyanın Kursk şəhərindəki Atom Elektrik Stansiyasına baş çəkəcək.
Bu barədə agentliyin sözçüsü məlumat yayıb.

Ötən günlərdə Qrossi ilə Rusiyanın Dövlət Atom Enerjisi Korporasiyasının ("Rosatom") direktoru Aleksey Lixaçyev arasında telefon danışığı baş tutub. Onlar Kursk və Zaporojye AES-lərindəki vəziyyətlə bağlı müzakirə aparıblar. Stansiyaları ətrafında vəziyyətin pisləşdiyini diqqətə çatdıran Lixaçyev agentliyin rəhbərini Kursk AES-ə baş çəkməyə çağırıb.
Kurska hücum müharibədə vəziyyəti dəyişəcəkmi?

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kurska hücum həyata keçirib. Ərazidə döyüşlər davam edir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   BAEA  





Xəbər lenti