Macarıstan Brüsseli miqrantlar göndərməklə hədələyib

Macarıstan Brüsseli miqrantlar göndərməklə hədələyib
  22 Avqust 2024    Oxunub:1043
Macarıstan hökuməti Avropa İttifaqı (Aİ) ilə miqrasiya mübahisəsində mühacirlərə və sığınacaq axtaran şəxslərə Brüsselə pulsuz birtərəfli biletlər təqdim etməyə hazır olduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, Macarıstanın Baş nazirinin aparat rəhbəri Qergey Quyyaş sığınacaq qaydalarını israrla pozduğu üçün ölkəsinin 200 milyon avro cərimə ödəməsi barədə Aİ məhkəməsinin iyun ayında çıxrdığı qərarı tənqid edib. Həmin qərara əsasən, Macarıstan öz siyasətini Aİ qanunvericiliyinə uyğunlaşdırana qədər həm də gündə əlavə 1 milyon avro ödəməlidir.

“Brüssel bizi nəyin bahasına olursa-olsun miqrantları içəri buraxmağa məcbur etmək istəyir. Aİ Macarıstana qarşı “miqrantların sərhəddə saxlanmasına icazə verməyin” qaydalarının tətbiqini davam etdirsə, biz hər bir miqrant üçün Brüsselə birtərəfli pulsuz nəqliyyat təklif edəcəyik. Macarıstan bu gündəlik cəriməni qeyri-müəyyən müddətə ödəmək istəmir. Əgər Brüssel miqrantları istəyirsə, o zaman onları qəbul edə bilər”, - Qergey Quyyaş vurğulayıb .

Qeyd edək ki, son vaxtlar Macarıstan hökumətinin müstəqil siyasəti Aİ bürokratiyasında ciddi narahatlıq doğurur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Macarıstan   Brüssel  





Xəbər lenti