Finlandiya Rusiya ilə sərhədə NATO hərbçilərini yerləşdirəcək

   Finlandiya Rusiya ilə sərhədə NATO hərbçilərini yerləşdirəcək
  22 Avqust 2024    Oxunub:1274
Mikkeli şəhərindəki zirehli texnika ilə silahlanmış briqadaya, xüsusən də İsveç və Norveç hərbi qulluqçuları qoşulacaq, Finlandiyanın “İltalehti” nəşri Şimali Atlantika Alyansındakı və Finlandiya təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazır.
AzVision.az xəbər verir ki, ordunu idarə etmək üçün NATO-nun ABŞ-ın şərq sahilindəki Norfolkdakı qərargahına tabe olan Mikkelidə NATO qərargahı yaradılır.

Yaxın həftələrdə alyansın nümayəndələri və Finlandiya rəsmiləri tərəfindən NATO-nun yeni birləşməsinin yerləşdirilməsi barədə məlumat veriləcəyi gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti