Tramp: "Harris bizi III Dünya müharibəsinə aparacaq"

"Onun İsraildən zəhləsi gedir. (İsrailin Baş naziri Benyamin - red.) Netanyahunun çıxışı vaxtı Konqresə də gəlməmişdi", - Tramp yazıb.
Öz prezidentliyi dövründə "Yaxın Şərqə sülh gətirdiyini" söyləyən keçmiş prezident hazırkı rəqibini isə "müharibə xəbərçisi" kimi qələmə verib.
"O prezident seçilərsə, III Dünya nüvə müharibəsinə gətirib çıxaracaq", - Donald Tramp bildirib.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ seçkilər Tramp Harris