Rusiyalı muzdlular getdikcə daha da təhlükəli olurlar

Rusiyalı muzdlular getdikcə daha da təhlükəli olurlar
  23 Avqust 2024    Oxunub:896
“Vaqner” özəl hərbi qrupunun muzdluları liderləri Valeri Priqojinin ölümündən bir il sonra getdikcə daha qəddar olur və daha çox insanı öldürürlər.
“Bloomberg” nəşrinin yaydığı məlumata görə, qrupun lideri Yevgeni Priqojin 2023-cü ilin avqustunda təyyarə qəzasında həlak olandan bəri onun döyüşçülər göndərdiyi Malidə rus muzdlularının iştirakı ilə baş verən zorakılıqlarda 81% artım qeydə alınıb. Eyni zamanda, ölənlərin sayının da 65% artdığıl bildirilir.

Keçən il hərbi çevrilişlər nəticəsində Avropa qoşunlarının və BMT sülhməramlılarının bölgədən çıxarılmasından sonra, Mali kimi “vaqnerçiləri” cəlb edən Niger və Burkina-Fasoda da zorakılıq halları çoxalıb. Onilliklər boyu islam qiyamları ilə üzləşən hər üç ölkədə vəziyyəti dəyişmək üçün muzdlular çox az iş görüblər.

“Sahel rejimləri “Vaqner” qrupunun varlığını hamı üçün uduşlu sayır. Malidə müdafiəyə ayda 10 milyon dollar ödəyirlər. Bu, onların ədliyyə, ailə işləri və ya ətraf mühiyin qorunması kimi böyük nazirliklərin büdcələrinə xərclədiklərindən çoxdur”, - muzdluların xuntalara hakimiyyətdə qalmasına necə kömək etdiyin açıqlayan “Acled” təhlil proqramının Qərbi Afrika üzrə koordinatoru Xeni Nsaibiyanın hazırladığı hesabatda vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vaqner   qəddarlıq  





Xəbər lenti