Türkiyədə 6 nəfərdə Qərbi Nil virusu aşkarlanıb

Türkiyədə 6 nəfərdə Qərbi Nil virusu aşkarlanıb
  23 Avqust 2024    Oxunub:993
Türkiyədə bu il ərzində 6 nəfərdə Qərbi Nil virusu aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat verib. Bildirilib ki, xüsusi rejimli xəstəxanalarda onların müalicəsi davam etdirilir.

İsraildə Qərbi Nil virusuna yoluxanların sayı artır
Qeyd edək ki , bundan öncə Ermənistanda da Qərbi Nil virusuna 58 yoluxma halı qeydə alınıb.

“Qərbi Nil” virusu ilk dəfə 1937-ci ildə Uqandada qeydə alınıb. Virus insanlara “Culex” növündən olan ağcaqanadların dişləməsi ilə keçir. Virusun əsas əlamətləri ürəkbulanma, dəridə yaranan qızarmalar, ishal, halsızlıqdır. Xəstəlik mövsümi xarakter daşıyır, yay və payızın əvvəllərində baş verir. Birbaşa insandan insana keçmir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   QərbiNilvirusu   Türkiyə  





Xəbər lenti