Putin və Paşinyanın görüşü gözlənilir

 Putin və Paşinyanın görüşü gözlənilir
  23 Avqust 2024    Oxunub:1020
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Putin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü ilə bağlı təəssüratlarını Paşinyanla bölüşüb.

Tərəflər "ilk fürsətdə" görüşmək barədə razılığa gəliblər.
Putinin Azərbaycana səfəri münasibətlərə necə təsir edəcək? - ŞƏRH

Xatırladaq ki, Rusiya lideri avqustun 18-19-da Azərbaycana dövlət səfəri çərçivəsində İlham Əliyevlə ikitərəfli və regional məsələlər ətrafında danışıqlar aparıb. Görüşün yekununda Birgə Bəyanat imzalanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ermənistan   Azərbaycan  





Xəbər lenti