Dəmir yolu nəqliyyatı ilə daşımaların həcmi açıqlanıb

Dəmir yolu nəqliyyatı ilə daşımaların həcmi açıqlanıb
  24 Avqust 2024    Oxunub:874
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1 milyard 792 milyon 589 ABŞ dolları dəyərində 4 milyon 74 min 238 ton yükün daşınması üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a verilən məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq 15,4% və 7,9% azdır.

7 ay ərzində dəmir yolu nəqliyyatı ilə 1 milyard 287 milyon 718 min ABŞ dolları (8,8% az) dəyərində 2 milyon 492 min 599 ton (3,7% az) yük idxal edilib, 504 milyon 871 min ABŞ dolları (28,6% az) dəyərində 1 milyon 581 min 638 ton (13,9% az) yük ixrac olunub.

AzVision.az


Teqlər: dəmiryolu-nəqliyyatı  





Xəbər lenti