Misir prezidenti Abdul Fəttah əs-Sisi Türkiyəyə səfər edəcək
İki lider Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək. Bir çox sahələrdə müqavilələr imzalanacaq.
İclasda enerji, mədənçıxarma, səhiyyə, turizm və müdafiə sənayesi kimi məsələlərlə yanaşı, Qəzza zolağı başda olmaqla Fələstin, Liviya, Sudan və Somali kimi regional məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, əs-Sisi 2013-cü ildə Müsəlman Qardaşlarına qarşı hərbi çevrilişdən sonra vəzifəyə başlayıb.
AzVision.az
Teqlər: