“Hizbullah” hərəkətə keçdi: İsrailə 320 raket buraxıldı

      “Hizbullah” hərəkətə keçdi:    İsrailə 320 raket buraxıldı
  25 Avqust 2024    Oxunub:977
“Hizbullah” hərəkatı İsrailin şimalına 320 raket atıb.
Bu barədə “Times of Israel” qəzeti yazır. Hərəkat ölkənin 11 hərbi bazasını vurub.

Bundan əvvəl “The Jerusalem Post” qəzeti Livandan İsrail ərazisinə 200-ə yaxın raket atıldığını yazıb.

Nəşrin məlumatına görə, mərmi atışları yerli vaxtla saat 05:30-dan 06:15-dək qeydə alınıb, bir neçə raket İsrail ərazisinə çatıb.

“Hizbullah” şiə hərəkatı İsrailə raket hücumundan sonra Beyrutdakı hərbi qanadının komandiri Fuad Şokrun öldürülməsinə “ilkin cavab” verdiyini açıqlayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat vermişdi ki, SAXAL-ın qırıcıları Livandakı “Hizbullah” hədəflərinə hücum ediblər. İsrailin müdafiə naziri Yoav Qalant ölkədə 48 saatlıq fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu açıqlayıb.

Uğur Əlizadə
AzVision.az


Teqlər:





Xəbər lenti