Teleqramın yaradıcısı Fransada saxlanıldı

   Teleqramın yaradıcısı Fransada saxlanıldı
  25 Avqust 2024    Oxunub:833
Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.
AzVision.az xəbər verir ki, bu haqda Fransa mediası məlumat yayıb.

Durovun Fransaya Azərbaycandan gəldiyi məlum olub. Avqustun 20-də Rusiya prezidenti Vladimir Putinin Pavel Durovla Bakıda görüşməkdən imtina etdiyi barədə məlumat yayılıb.

Putin və Durov eyni vaxtda Bakıda olublar. Putinin Azərbaycana səfərindən bir neçə gün əvvəl prezident administrasiyasının üzvləri ona Telegram-ın yaradıcısı Pavel Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib.

TF1 xəbər verir ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.

Uğur Əlizadə
AzVision.az


Teqlər:





Xəbər lenti