"Telegram" komandası Pavel Durovun həbsi ilə bağlı bəyanat yaydı

   "Telegram" komandası Pavel Durovun həbsi ilə bağlı bəyanat yaydı
  25 Avqust 2024    Oxunub:1111
"Telegram" komandası messencerin təsisçisi Pavel Durovun Parisdə saxlanılması və həbsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, "Telegram "Aİ qanunlarına, o cümlədən Rəqəmsal Xidmətlər Qanununa uyğundur.

-“Telegram"ın baş direktoru Pavel Durovun gizlədəcəyi heç nə yoxdur və o, tez-tez Avropanı gəzir. Platformadan sui-istifadəyə görə platformanın və ya onun sahibinin məsuliyyət daşıdığını iddia etmək absurddur.

Fransa vətəndaşlığı olan Pavel Durov avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb, daha sonra həbs edilib. O, terrorizm, fırıldaqçılıq və narkotik ticarəti ilə bağlı cinayətlərdə iştirakda ittiham edilir. .

Pavel Durovun saxlanması ilə bağlı Fransa tərəfdən heç bir rəsmi açıqlama verilməyib. Paris prokurorluğu sabah, avqustun 26-da vəziyyətə münasibət bildirəcəyini vəd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti