Pakistan Rusiya ilə LNG tədarükü üçün danışıqlar aparır

Pakistan Rusiya ilə LNG tədarükü üçün danışıqlar aparır
  26 Avqust 2024    Oxunub:533
Rusiya və Pakistan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı danışıqlar aparır.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaza Zəhra Bəluça məlumat verib. O xatırladıb ki, Pakistan enerji sektorunda uzun müddətdir Rusiya ilə əməkdaşlıq edir.

“Tərəflər iki dövlət arasında enerji sahəsində əməkdaşlığa dair son danışıqların nəticələrindən məmnunluq ifadə ediblər. Eyni zamanda Pakistanın uzunmüddətli enerji ehtiyacları üçün LNG tədarükü də diqqət mərkəzindədir. Bu istiqamətdə danışıqlar prosesi davam etdiriləcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti