Son 10 ildə ən çox qaızıl alan ölkələr

   Son 10 ildə ən çox qaızıl alan ölkələr
  26 Avqust 2024    Oxunub:507
Ümumdünya Qızıl Şurasının məlumatına görə, son on ildə (2013−2023) yalnız Rusiya və Çin qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan “Visual Capitalist” portalının yazdığına görə, son 10 ildə Rusiya öz ehtiyatlarını 1035 tondan 2333 tona, Çin isə 1054 tondan 2235 tona çatdırıb. Ehtiyatlarını 116 tondan 540 tona çatdıran Türkiyə bu göstərivi üzrə üçüncü yerdə qərarlaşıb.

Mütəxəssislər qızıla artan marağı geosiyasi gərginliyin kəskinləşməsi, sanksiyaların artması və de-dollarizasiya ilə bağlı müzakirələrlə əlaqələndirirlər. Mərkəzi banklar qızıla gəlir gətirmək potensialına malik olan təhlükəsiz, likvid aktiv kimi baxırlar.

Amma digər ölkələrin fəal şəkildə qızıl almalarına baxmayaraq, ABŞ hələ də 8133 tonla dünyanın ən böyük qızıl ehtiyatına sahibdir. Amerika qızılının yarısı Kentukki ştatındakı “Fort Knox” hərbi bazasında saxlanılır.

Ümumi qızıl ehtiyatlarına görə Almaniya 3351 tonla ikinci, İtaliya isə 2452 tonla üçüncü yerdədir. Rusiya və Çin müvafiq olaraq beşinci və altıncı yerləri tuturlar.
Son vaxtlar dünyadakı mərkəzi banklarının öz valyuta ehtiyatlarını şaxələndirdiyi, qızılın xetrinə olaraq dollar və yuandan qurtulmaq siyasəti apardıqları bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Çin   qızıl  





Xəbər lenti