Ukraynada "Reuters"in əməkdaşı həyatını itirib - FOTOLAR

 Ukraynada "Reuters"in əməkdaşı həyatını itirib -    FOTOLAR
  26 Avqust 2024    Oxunub:512
Ukraynanın Kramatorsk şəhərindəki "Sapphire" hotelinə Rusiya Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində Britaniyanın "Reuters" xəbər agentliyin əməkdaşı, təhlükəsizlik üzrə məsləhətçi Rayan Evans ölüb.
Agentliyin məlumatına görə, onunla bərabər sözügedən hoteldə qalan daha iki jurnalist yaralanıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Altınəfərlik komandanın digər üzvlərinin isə xəsarət almadığı diqqətə çatdırılır.

Bildirilir ki, keçmiş hərbçi, 38 yaşlı Evans 2022-ci ildən bəri "Reuters"də jurnalistlər üçün təhlükəsizlik üzrə məsləhətçi kimi çalışıb. O, Ukraynadan qabaq Paris Olimpiadasında, Yaxın Şərqdə, eləcə də İsraildə fəaliyyət göstərib.

Ukraynanın şərqində yerləşən Kramatorsk şəhərindəki hotel gecə saatlarında Rusiya Silahlı Qüvvələri tərəfindən "İskəndər" ballistik raket sistemi ilə zərbəyə məruz qalıb. Nəticədə 6 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Ukrayna   müharibə   Reuters   itki  





Xəbər lenti