Zelenski Qərb dövlətlərinə müraciət ünvanlayıb - VİDEO

   Zelenski Qərb dövlətlərinə müraciət ünvanlayıb -    VİDEO
  26 Avqust 2024    Oxunub:1344
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin -özünün ifadəsi ilə- "ən böyük hücumlardan biri"nin ardınca Qərb müttəfiqlərinə "yardımlarını artırmaq" çağırışı ilə müraciət göndərib.
Zelenski özünün "X" hesabında yayımladığı videomüraciətində vurğulayır ki, "hazırda Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində bütün ölkə üzrə meydana gələn fəsadlar aradan qaldırılır".

"Bu, yüzdən çox müxtəlif tipli raketin, yüzə yaxın "Şahid"in (İran istehsalı pilotsuz uçuş aparatı (PUA) - red.) iştirakı ilə ən böyük hücumlardan biri idi. Kritik mülki infrastruktur hədəfə alıb, enerji sektoruna ciddi ziyan dəyib. Tərəfdaşlarımızın öz öhdəliklərini yerinə yetirmələri çox vacibdir. Rusiyaya məxsus raketlər və PUA-ları zərərsizləşdirmək üçün səylərimizi birləşdirməliyik. Beləliklə, itkilərin qarşısını daha məqsədəuyğun şəkildə ala bilərik. Belə birlik Yaxın Şərqdə özünü doğrultdusa, Avropada da işləməlidir. Həyat hər yerdə eyni dərəcədə dəyərlidir", - Zelenski vurğulayıb.

O söyləyib ki, "hər bir tərəfdaşımız müharibəni ədalətli şəkildə başa çatdırmaq üçün lazımi qətiyyətli hərəkətlərdən xəbərdardır".

"ABŞ, İngiltərə, Fransa və digər tərəfdaşlarımız bizə kömək göstərmək gücünə malikdirlər. İndi qətiyyətli hərəkətlərin vaxtıdır", - Ukrayna lideri müraciətini yekunlaşdırıb.

Firudin Həmidli
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   müharibə   Zelenski   müraciət  





Xəbər lenti