Çexiya Ukraynadakı müharibədə dönüş görmür

   Çexiya Ukraynadakı müharibədə dönüş görmür
  26 Avqust 2024    Oxunub:1152
Praqa Ukrayna münaqişəsində dönüş və ya hər hansı əhəmiyyətli dəyişiklik gözləmir.

AzVision.az “STK” informasiya portalının yaydığı məlumata istinadən xəbər verir ki, Çexiyanın baş naziri Petr Fiala belə deyib.

“Praqa Ukrayna münaqişəsində hər hansı əhəmiyyətli dəyişikliyə şübhə edir. Həmçinin hazırda hərbi əməliyyatlarda əsaslı dəyişiklik gözləmək mümkün deyil”, - Fiala vurğulayıb.

Çexiyanın baş nazirinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə hücumları “müəyyən simvolik dəyişiklikdir”.

Praqa Ukraynada müharibəni dayandırmağa çağırır
Qeyd edək ki, bir neçə gün əvvəl Çexiyanın prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenskinin Kiyev üçün “ədalətli sülh” əldə etməyin mümkünlüyü ideyasını xülya adlandırıb. O, “ədalətli sülh” dedikdə “100 faiz və ya heç nə” ideyasini nəzərdə tutan Kiyevi müharibəni dayandırmağa və müharibədən sonrakı vəziyyətin müzakirəsinə başlamağa çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çexiya   Ukrayna   dönüş  





Xəbər lenti