Tramp kosmik qoşunlar yaradacaq

   Tramp kosmik qoşunlar yaradacaq
  27 Avqust 2024    Oxunub:318
Amerikanın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya və Çinlə qarşıdurmanı davam etdirmək üçün ABŞ Kosmik Qüvvələrinin Milli Qvardiyasını yaradacağına söz verib.
AzVision.az xəbər verir ki, Donald Tramp Detroytda seçicilərlə görüşdə belə deyib.

“ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiyanı yaratmağın vaxtı çatıb. Prezident kimi mən Milli Kosmik Qvardiyanın yaradılması haqqında tarixi qanunu imzalayacağam. 2019-cu ildə Kosmik Qüvvələrin yaradılmasına göstəriş verməklə Rusiya və Çinin ABŞ-ni qabaqlamasına mane oldum. Amma Rusiya və Çin bizi məhv edirdilər, çünki biz kosmosa diqqətimizi cəmləməmişdik. İndi diqqətimizi cəmlədiyimiz üçün biz liderik”, - sabiq prezident vurğulayıb.

Tramp, həmçinin ABŞ ordusunun gücləndirilməsinə, o cümlədən süni intellektin inkişafına, dronların, robot texnikasının, hipersəsli silahların istehsalına “tarixi sərmayələr” yatıracağını vəd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   kosmos  





Xəbər lenti