Tramp və Harris Çin üçün zəhər dolu iki piyalədir

   Tramp və Harris Çin üçün    zəhər dolu    iki piyalədir
  27 Avqust 2024    Oxunub:271
ABŞ prezidentliyinə namizədlər, keçmiş lider Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris Çinə rəqib kimi baxırlar.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” qəzetində dərc olunan məqalədə belə deyilir.

“Tramp və Harris Pekin üçün iki piyalə zəhərdir. Hər ikisi Çini rəqib və ya hətta düşmən kimi görür”, - Fudan universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun və Amerika Araşdırmaları Mərkəzinin professoru Çjao Minhao vurğulayıb.

Çjetsyanzq Beynəlxalq Tədqiqatlar universitetinin xarici siyasət üzrə eksperti Van Çun isə bildirib ki, Harris seçkidə qalib gəlsə, onun Çin-ABŞ münasibətlərini kimə etibar etməsi vacib məqam olacaq. Çünki o, özü beynəlxalq münasibətlər üzrə mütəxəssis deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Harris   Çin  





Xəbər lenti