Tramp: “Kurska hücum Dünya müharibəsinə aparır”

      Tramp:    “Kurska hücum Dünya müharibəsinə aparır”
  28 Avqust 2024    Oxunub:973
ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk bölgəsinə hücumunun Dünya müharibəsi təhlükəsini yaratdığını bildirib.
“Baxın, görün Ukraynada nə baş verir. Rusiyaya doğru cumdular. Üçüncü Dünya müharibəsi olacaq. Bu hücum əslində III Dünya Müharibəsinin hər zaman olduğundan daha çox yaxınlaşdsığını göstərən başqa bir növbəti işarədir”, - “The İndependent” nəşri Dobald Trampdan sitat gətirir.

Trampın belə xəbərdarlığı fonunda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin “Rusiya üzərində qələbə planı” hazırladığı barədə Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatına münasibət bildirb.

“Kiyev rejiminin təmsilçilərindən belə bəyanatları birinci dəfə eşimirik. Biz bu Kiyev rejiminin mahiyyətindən xəbərdarıq. Biz xüsusi hərbi əməliyyatı (Moskva Ukraynaya hərbi müdaxiləni belə adlandırır – red. ) davam etdiririk və bütün məqsədlərimizə nail olacağıq”, - rusiyalı məmur deyib.

Qeyd edək ki, avqustun 27-də Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin “Rusiya üzərində qələbə planı” olduğunu və onun sentyabrda ABŞ prezidenti Co Baydenə, həmçinin prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisə təqdim olunacağını açıqlayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu məhz bu planın ilkin mərhələsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Peskov   Ukrayna  





Xəbər lenti