Kiyev Qərbi Rusiyadan qorxmaqda ittiham edib

   Kiyev Qərbi Rusiyadan qorxmaqda ittiham edib
  29 Avqust 2024    Oxunub:687
Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Kiyevin müttəfiqlərindən və onların daim “Rusiya ilə eskalasiya qorxusundan” narazılığını açıq şəkildə bildirib.
Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Polşanın “TVN24” telekanalına müsahibəsində qeyd edib ki, əgər müttəfiqlərin eskalasiya qorxusu olmasa idi, Ukrayna indi “daha yaxşı vəziyyətdə” olardı.

Nəticədə müharibə artıq 2,5 ildən çoxdur ki, davam edir, uzanır və Ukrayna bunun əvəzini insan həyatı ilə ödəyir. Nazir vurğulayıb ki, Rusiyanın məqsədi Ukraynanı məhv etmək, Kiyevin məqsədi isə müttəfiqlərini Rusiyadan qorxmamağa inandırmaqdır.

“Rusiyanın (biz heç nədən qorxmuruq” reaksiyasından çəkinməyin. Bizə lazım olanı verin və biz qalib gələcəyik. Əgər müttəfiqlər qorxmaqdan əl çəksələr, o zaman biz dərsliklərdən oxuyacağıq ki, biz birlikdə necə düzgün qərarlar qəbul etmişik”, – Dmitri Kuleba deyib.

Ukraynanın Xarici İşlər naizrinin bu bəyanatı cəbhədə vəziyyətin pisləşməsi və Donetsk vilayətində Rusiyanın bir neçə mühüm yaşayış məntəqəsini ələ keçirməsi ilə birbaşa bağlıdır. Belə ki, dünən axşam Silahlı Qüvvələrin Baş Komandanı general Aleksandr Sırskinin məruzəsini dinlədikdən sonra Ukrayna prezidenti Volodimir Zelenski xalqa video-müraciətində Donetsk vilayətində cəbhə xəttində vəziyyətin son dərəcə ağır olduğunu bildirib.

“Pokrovsk və Donetsk vilayətinin digər istiqamətləri. Bu, son dərəcə çətindir, Rusiyanın əsas səyləri və ən böyük qüvvələri orada cəmlənib. Bizim hər bir bölməmizin dayanıqlılığı, işğalçını məhv etmək qabiliyyətimiz indi çox vacibdir. Hər bir əsgərə, vəzifələrini tutan hər bir komandirə təşəkkür etmək istəyirəm”, - Ukrayna prezidenti vurğulayıb.

Son 3 həftədə Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətində irəliləməsi Kiyevin Kursk vilayətinə hücum etməklə Donetsk istiqamətində rusların təzyiqini səngitmək planının gözlənilən nəticəni vermədiyini göstərir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qərb   Rusiya   qorxaqlıq  





Xəbər lenti