Kadırovun qızları başqasının adı ilə Avropaya səyahət edirlər

Kadırovun qızları başqasının adı ilə Avropaya səyahət edirlər
  29 Avqust 2024    Oxunub:1046
Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Karina, Tabarik və Hedi 2017-ci ildə Fransaya getmək üçün başqa soyadlı pasportlardan istifadə ediblər.
2017-ci ilin iyununda Kadırovun qızları atalarının "Airbus ACJ319" biznes təyyarəsi ilə Parisə uçublar. Təyyarədə ən azı 21 nəfər olub. Sərnişinlər arasında Çeçenistan rəhbərinin Musayev soyadlı pasportlardan istifadə edən üç qızı da olub. Eyni zamanda, sənədlərində onların atasının adı Ramzanovna və əsl doğum tarixləri qeyd olunub. Digər məlumata görə, Kadırovun qızlarının istifadə etdiyi hər üç pasport hələ də etibarlı kimi qeyd olunur.

Kadırovun digər qızı Ayşat Parisdə moda nümayişləri keçirən "Firdaws" moda evini idarəçisi olub. O, eyni təyyarə ilə 2020-ci ildə ən azı bir dəfə moda nümayişi günü Fransanın paytaxtı Parisə uçub.

Qeyd edək ki, Avropa ölkələri 2014-cü ildə Ramzan Kadırova qarşı sanksiyalar tətbiq edib. 2017-ci ildə isə o, ABŞ sanksiyalarına məruz qalıb. 2022-ci ildə onun qızları Ayşat və Karina Avropanın sanksiya siyahısına salınıb. Daha sonra Avropa ölkələrinin və ABŞ-ın hakimiyyət orqanları Kadırovun anasını da siyahıya daxil edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti