Aİ Gürcüstanın “davranış”ını müzakirə edəcək

 Aİ Gürcüstanın  “davranış”ını  müzakirə edəcək
  29 Avqust 2024    Oxunub:928
Bu gün Avropa İttifaqına (Aİ) üzv ölkələrin Xarici İşlər nazirlərinin qeyri-rəsmi görüşündə Gürcüstandakı vəziyyət müzakirə olunacaq.
AzVision.az bildirir ki, Latviyanın Xarici İşlər naziri Bayba Braje belə açıqlama verib.

“Bu gün biz istədiyimiz kimi inkişaf etməyən Gürcüstandan da danışacağıq. Sual ondan ibarətdir ki, biz nə etməliyik. Biz problemi bilirik, diaqnozu bilirik, amma nə etməliyik? Xarici İşlər nazirləri Gürcüstanı həvəsləndirmək üçün mümkün müsbət yollar haqqında məlumat mübadiləsi aparacaqlar”, - Braje qeyd edib.

Maraqlıdır ki, Aİ-nin xarici siyasət xidmətinin saytında Gürcüstan mövzusu gündəlikdə göstərilməyib.

Gürcü qanunundan kim narazıdır: xalq, yoxsa Qərb? | TƏHLİL
Gürcüstan hökuməti “Xarici təsirləri şəffaflığı” haqqında qanunu qəbul etdikdən sonra, Brüssel bu ölkənin Aİ-yə inteqrasiyası prosesini praktiki olaraq dondurub. Bu həftə Brüssel Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə, bəzi siyasi opponentlərini qanunsuz elan etmək niyyətindən narahat olduğunu bildirib.

Aİ-nin xarici siyasət üzrə sözçüsü Piter Stano “Politico” nəşrinə müsahibəsində Gürcüstan hakimiyyətinə Avropa Komissiyasının cavabı verəcəyi barədə xəbərdarlıq edib. Bununla belə, o qeyd edib ki, Gürcüstan Aİ dəyərlərinə və normalarına yenidən baxmaq və son ayların mənfi tendensiyalarını aradan qaldırmaq qərarına gələrsə, üzvlük üçün qapı açıq qalacaq.

Qeyd edək ki, kollektiv Qərblə Gürcüstan arasında münasibətlərin gərginləşməsi rəsmi Tbilisinin Ukraynaya hərbi yardım göstərməkdən imtina etməsindən və Moskva ilə əlaqələri yaxşılaşdırmasından sonra başlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:     Gürcüstan  





Xəbər lenti