“Sadə dillə desək, Avropa hazırda Rusiyadan aldığı enerjidaşıyıcılarına Ukraynaya verdiyi yardımdan iki dəfə çox pul xərcləyir. Bundan başqa, “Türk axını” Rusiya qazının bəzi Avropa ölkələrinə tədarük edilməsinə də imkan verir”, - nəşr vurğulayır.
Məqalədə Türkiyənin BOTAŞ dövlət neft-qaz şirkətinin Bolqarıstan vasitəsilə Mərkəzi Avropaya təxminən 7-8 milyard kubmetr təbii qaz ixrac edə biləcəyini deyən Türkiyənin energetika naziri Alparslan Bayraktarın bəyanatına da diqqət çəkilir.
“Politico” qeyd edir ki, Rusiyanın bu balansda payı 40% olacaq, lakin real məbləğ daha çox ola bilər, çünki “Qazprom” və “BOTAŞ” ötən ildən Türkiyədə Rusiya qaz habının yaradılmasının detalları üzərində işləyir.
Türkiyə Ukraynanı əvəz edə bilər |
Sahil İsgəndərov
AzVision.az