Məktəb bazarlığı neçəyə başa gəlir?

   Məktəb bazarlığı neçəyə başa gəlir?
  08 Sentyabr 2024    Oxunub:257
2024-2025-ci tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq məktəb forması və məktəb ləvazimatlarının alış-verişinə başlayıblar. Əvvəllər metrostansiyaların yaxınlığında müxtəlif yarmarkalar qurulurdusa, artıq keçən ildən buna icazə yoxdur. Bu səbəbdən valideynlər mağaza və ya bazarlara üz tuturlar.
Bəs mağazalarda qiymətlər necədir?

AzVision.az bir şagirdin məktəb bazarlığının təxminən neçəyə başa gəldiyini araşdırıb.

Suallara cavab tapmaq üçün məktəb ləvazimatları satılan bir neçə mağazaya baş çəkdik.

Satıcılar deyir ki, ötən illə müqayisədə qiymətlərdə enmə müşahidə olunur. Lakin alıcılıq qabiliyyəti o qədər də yüksək deyil.

Məktəbli çantaları bu il endirimli qiymətə satılır. Qiymətlər 25-90 manat arası dəyişir. Dəftərlərin qiyməti vərəq sayına bağlıdır və 20 qəpikdən başlayır. Digər lazımlı vəsaitlərin qiyməti belədir:

Qələm – 20 qəpik - 5 manat
Qələmqabı – 2,50 - 16 manat
Karandaşlar – 1,50 - 6,50 manat
Xətkeş – 50 qəpik - 2,50 manat
Pozan – 30 qəpik - 3 manat
Karandaşyonan – 60 qəpik - 8 manat

Valideynlər qeyd edir ki, məktəb ləvazimatları ilə müqayisədə iş dəftərləri bahalaşıb.

Məktəb formalarının qiymətləri isə müxtəlif aralıqdadır. Bakı Tikiş Evinin satış mərkəzlərində polo köynəyin qiyməti sentyabr ayının 25-nə kimi 15 manatdan 12 manata, şalvar və ətəklərin qiyməti isə 25 manatdan 20 manata qədər endirilib.

Deməli, orta hesabla 1 şagirdə çəkilən xərc 90-100 azn-dir. Sadaladıqlarımız məktəbli üçün ən lazımlılardır. Bunun üzərinə digər istəklərə görə xərcləri də əlavə etsək, demək olar ki, bu il də valideynlər xeyli xərc çəkəcəklər.

Həmidə İbrahimova
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti