Sərhədi pozmağa çalışan Əfqanıstan vətəndaşları saxlanılıb

Sərhədi pozmağa çalışan Əfqanıstan vətəndaşları saxlanılıb
  30 Avqust 2024    Oxunub:484
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzVision.az -a verilən məlumata görə, avqustun 27-də saat 18:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Əfqanıstan vətəndaşı: Səmədi Səfi Əbdürrəhman oğlu, Səttari Sifər Xan oğlu və Vəkili Mühb Seyfulla oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DSX   sərhəd  





Xəbər lenti