Azərbaycanlı rus polisi dişlədi

Azərbaycanlı rus polisi dişlədi
  12 İyul 2014    Oxunub:1083
Rusiyada Azərbaycan vətəndaşı polisi ayağından dişləyib.
22 yaşlı azərbaycanlı bu əməlinə görə yarım il həbsxanada yatmalı olacaq.

Hadisə Kalujsk vilayətinin Obninsk şəhərində baş verib. Məlumata görə, azərbaycanlı ağır cinayət törətməkdə şübhəli hesab edilib və polislər onu saxlamağa çalışıblar.

Polislər azərbaycanlıya yaxınlaşaraq özlərini təqdim ediblər, bu zaman şübhəli qaçmağa çalışıb. Polislər onu yaxalamağa çalışanda azərbaycanlı onlardan birinin ayağının bud hissəsindən dişləyib.

Bu işlə bağlı qaldırılmış cinayət işinə məhkəmədə xüsusi qaydada, məhkəmə istintaqı aparılmadan baxılıb. Çünki ittiham olunan özü belə istəyib. Azərbaycanlının barəsində 6 aylıq həbs cəzası kəsilib(virtualaz.org)


Teqlər:  





Xəbər lenti