Qazaxıstan Azərbaycandakı seçkilərə 8 müşahidəçi göndərəcək

   Qazaxıstan Azərbaycandakı seçkilərə 8 müşahidəçi göndərəcək
  31 Avqust 2024    Oxunub:1005
Qazaxıstan Mərkəzi Seçki Komissiyası Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin gedişini izləyəcək müşahidəçilərin siyahısını təsdiqləyib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, müşahidəçilər qrupuna Qazaxıstandan olan 8 nümayəndə daxildir.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti