Türkiyədə 18 ölkənin axtardığı şəxslər ələ keçdi

 Türkiyədə 18 ölkənin axtardığı şəxslər ələ keçdi
  31 Avqust 2024    Oxunub:415
Türkiyədə beynəlxalq axtarışda olan 25 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” səhifəsində yazıb. Onun sözlərinə görə, saxlanılan şəxslər İnterpol xətti ilə 18 ölkə tərəfindən axtarışa verilib.

Nazir əlavə edib ki, saxlanılan şəxslər mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirakda, müxtəlif cinayətlər törətməkdə, narkotik vasitələrin, insan alverində, dələduzluqda, çirkli pulların yuyulmasında, qanunsuz miqrasiyada iştirakda şübhəli bilinirlər.

Saxlanılan şəxslərin Azərbaycan, Almaniya, Avstraliya, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniyada axtarışda olduqları vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti