Yaşar Gülər Suriya ilə barışmağın tərəfdarıdır

   Yaşar Gülər Suriya ilə barışmağın tərəfdarıdır
  31 Avqust 2024    Oxunub:485
Türkiyə ilə Suriya arasında münasibətlərin tezliklə normallaşması iki ölkənin maraqlarına uyğundur. Ankara ilə Dəməşq arasında həll olunmayan problem yoxdur.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib. "Tərəflər arasında münaqişəyə tez son qoyulması iki ölkənin maraqlarına uyğun olacaq. Aramızda həlli olmayan problem yoxdur. Onların həllindən sonra biz iki qonşu dövlət kimi münasibətləri yenidən inkişaf etdirə biləcəyik", - deyə nazir qeyd edib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalı həmkarı Bəşər Əsədlə görüşə hazır olması barədə bəyanatını xatırladıb və Dəməşqin Ankaranın təşəbbüsünü müsbət qarşıladığını qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti