Rusiya FTX 500 kq partlayıcı ələ keçirdi

Rusiya FTX 500 kq partlayıcı ələ keçirdi
  31 Avqust 2024    Oxunub:434
2024-cü ilin yayında qeyri-qanuni silah dövriyyəsini müəyyən etmək üçün aparılan tədbirlər zamanı təxminən 500 kq partlayıcı ələ keçirilib.
Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. Qeyd olunub ki, qanunsuz dövriyyədən 586 yerli və xarici istehsal olan odlu silah, 467 kq-dan artıq partlayıcı maddə (barıt, trotil), 96 elektrik detonatoru, 153 mindən çox müxtəlif çaplı patron götürülüb.

Bu ilin iyun-iyul ayları ərzində FTX Rusiya Daxili İşlər Nazirliyi və Milli Qvardiya ilə birlikdə qanunsuz silah alveri ilə məşğul olan 51 rayondan olan 288 sakinin cinayət fəaliyyətini dayandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti