Tokayev turizm nazirini vəzifəsindən azad edib

Tokayev turizm nazirini vəzifəsindən azad edib
  31 Avqust 2024    Oxunub:1099
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermek Marjikpayevi turizm və idman naziri vəzifəsindən azad edib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Dövlət başçısının sərəncamı ilə Ermek Boranbaeviç Marjikpayev Qazaxıstan Respublikasının turizm və idman naziri vəzifəsindən azad edilib”, - mətndə deyilir. Kadr dəyişikliyinin səbəbi göstərilmir.

Marjikpaev 1969-cu ildə anadan olub. O, 2023-cü ilin sentyabrından nazir postunu tutur. Bundan əvvəl o, Akmola vilayətinin administrasiyasının rəhbəri vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti