Kamçatkada 22 nəfərin olduğu helikopter yoxa çıxıb

Kamçatkada 22 nəfərin olduğu helikopter yoxa çıxıb
  31 Avqust 2024    Oxunub:396
Rusiyanın Kamçatka diyarında göyərtəsində 22 nəfər olan “Mi-8” helikopteri yoxa çıxıb.
Bu barədə TASS agentliyi operativ xidmət orqanlarına istinadla məlumat yayıb. “Kamçatkada “Vityaz-aero” aviaşirkətinə məxsus Mi-8 helikopterinin təyinat yerinə çatmadığı barədə məlumat daxil olub”, - deyə agentliyə bildiriblər.

Rosaviasiyanın məlumatına görə, helikopterdə 22 nəfər, o cümlədən 3 heyət üzvü və 19 sərnişin olub. İnsidenti ilə əlaqədar Kamçatka Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi sahəsində qanunvericiliyə əməl olunub-olunmaması ilə bağlı yoxlama aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti