ABŞ yenə Ukraynanın xahişini inkar edib

   ABŞ yenə Ukraynanın xahişini inkar edib
  31 Avqust 2024    Oxunub:426
Təhlükəsizlik məqsədilə ABŞ administrasiyası Kiyevə verilən F-16 qırıcılarına və digər Amerika hərbi texnikasına xidmət etmək üçün Ukraynaya mülki mütəxəssislər göndərməkdən imtina edib.
ABŞ rəsmilərinə istinad edən “The Wall Street Journal” qəzeti (WSJ) yazır ki, Vaşinqton Ukraynaya verilən F-16-ların saxlanması üçün əsas məsuliyyəti Avropa ölkələrinin öz üzərinə götürəcəyinə ümidlidir.

Ukrayna F-16 təyyarəsini necə itirib?
Xatırladaq ki, iyulun sonunda Ukrayna Hollandiyadan ona vəd edilən F-16 qırıcılarından birincisini alıb. Avqustun sonunda isə Ukrayna Baş Qərargahı ilk təyyarənin itirilməsi barədə məlumat yayıb. Qırıcının hədəfə yaxınlaşarkən qəzaya uğradığı və pilotun həlak olduğu bildirilir. “The Nyu York Tayms” (NYT) qəzeti təyyarənin Ukrayna qüvvələrinin özləri tərəfindən “Patriot” ZRK-sı vasitəsi ilə vurulduğunu istisna etməyib.

Qərb ölkələrinin Kiyevə silah tədarükünü və digər hərbi yardımları pisləyən Moskva Ukrayna ordusunun F-16-lar almasını eskalasiyanın güclənməsi və Qərb ölkələrinin münaqişədə artan iştirakı ilə əlaqələndirib. Bu xüsusda NATO-nun Ukraynanın Rusiyanın Kursk bölgəsinə hücumuna haqq qazandırması Kremlin ciddi narazılığına səbəb olub.

Belə ki, NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Welt am Sonntag” nəşrinə müsahibəsində Ukraynanın Kursk bölgəsinə hücumunu özünümüdafiə kontekstində qanuni addım kimi qiymətləndirib.

“Beynəlxalq hüquqa görə, bu hüquq Rusiya ilə sərhədlə məhdudlaşmır. Ukrayna prezidenti Vladimir Zelenski əməliyyatın bufer zona yaratmaq məqsədi daşıdığını açıq şəkildə bildirib. Özünü necə müdafiə edəcəyinə qərar vermək Kiyevin ixtiyarındadır”, - Yens Stoltenberq bildirib.

Qəzet ytazır ki, beləliklə, Şimali Atlantika Alyansı ilk dəfə olaraq Ukrayna hərbçilərinin Rusiyanın Kursk vilayətinə hərbi müdaxiləsini dəstəklədiyini açıqlayıb. Bununla belə, özünü sığortalamağa çalışan Stoltenberq Ukraynanın Rusiya regionuna hücum planlarını əvvəlcədən NATO ilə müzakirə etmədiyini və blokun bu hücumda heç bir rol oynamadığını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna  





Xəbər lenti