Putin müharibənin niyə dayanmadığını izah edib

 Putin müharibənin niyə dayanmadığını  izah edib
  02 Sentyabr 2024    Oxunub:330
Rusiya prezidenti Vladimir Putin Tıva respublikasına səfəri çərçivəsində Ukraynada gedən müharibənin bitməməsinin səbəbini açıqlayıb.
AzVision.az xəbər verir ki, Rusiyanın Tıva respublikasının paytaxtı Qızıl şəhərindəki 20 saylı orta məktəbdə açıq dərsdə iştirak edən Vladimir Putin Ukrayna hakimiyyətinin müharibənin dayandırılmasında maraqlı olamdığını deyib.

“Ukrayna hakimiyyəti prezident seçkilərinin keçirilməməsi üçün hərbi əməliyyatları dayandırmaq istəmir. Əgər döyüşlər dayanarsa, Kiyev hərbi vəziyyəti ləğv etməli və prezident seçkiləri keçirməli olacaq. Lakin Ukrayna hakimiyyəti bunda maraqlı deyil”, - Putin bununla bağlı öz fikrini açıqlayıb.

Putin bildirib ki, Rusiya ordusunun Donbassda irəliləyişini dayandırmaq mıəqsədi ilə Kursk vilayətində girən Ukrayna iflasa uğrayacaq.

Rusiya prezidenti, həmçinin, bütün qarşıdurmalara baxmayaraq, Moskvanın Qərb ölkələri ilə əlaqələri kəsmədiyini vurğulayıb.

- Qərbdə çoxları Qərb siyasətçilərinin hərəkətlərinə rəğmən, ənənəvi dəyərləri və Rusiyanı dəstəkləyir”, - Vladimir Putin deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   Ukrayna   Qərb  





Xəbər lenti