Tramp: "Ukraynaya silah verilməsi ABŞ-ni müdafiəsiz vəziyyətə gətirib" - VİDEO

      Tramp:    "Ukraynaya silah verilməsi ABŞ-ni müdafiəsiz vəziyyətə gətirib" -    VİDEO
  02 Sentyabr 2024    Oxunub:337
"ABŞ Ukraynaya silah-sursat verə-verə özü silahsız qalıb".
Bu sözləri "Fox News" telekanalında efirə gedən "Life, Liberty & Levin" verilişində ABŞ-nin sabiq lideri, yenidən prezidentliyə namizəd Donald Tramp dilə gətirib.

Bayden hökumətinin Ukraynaya dəstəyini mütəmadi tənqid atəşinə tutan Tramp təkcə bu ölkəyə yox, "bütün dünyaya milyonlarla dollar dəyərində" silah-sursat təchizatını ABŞ üçün zərərli proses kimi qiymətləndirib.

(Donald Tramp və verilişin aparıcısı jurnalist Mark Levin)

"(Öz prezidentliyim dövründə - red.) ehtiyatlarımızı artırdım; onda sursatımız, raketlərimiz bol idi. İndi isə yoxdur. Təsəvvürünüzə gətirin ki, (Çin sədri - red.) Si Tsinpinə gəlib deyirlər ki, ABŞ-nin döyüş sursatı qalmayıb... Çox həssat vəziyyətə düşmüşük. Çin bu fürsətdən faydalanaraq, ildə yüz milyardlarla gəlir götürdü. Bu ölkənin ən böyük tənqidçisi idim, ancaq onlara hörmətim yarandı", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   Çin   silah-təchizatı  





Xəbər lenti