Türkiyədə terrorçuların silah-sursat deposu məhv edilib

Türkiyədə terrorçuların silah-sursat deposu məhv edilib
  02 Sentyabr 2024    Oxunub:315
Türkiyənin Şırnak bölgəsinin Cudi dağında jandarm qüvvələri tərəfindən həyata keçirilən “GÜRZ-12” əməliyyatı zamanı terror qruplaşmasına aid silah-sursat anbarı aşkar edilərək məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” səhifəsində yazıb.

Onun sözlərinə görə, əməliyyat nəticəsində 753 qumbaraatan, min qumbaraatan qoruyucu, iki min elektrik qoruyucusu, 11 “AK-47”markalı avtomat, 5 “Dragunov” snayperi, 3 “RPG-7” reaktiv yaylım atəşi, 2 “PKM” pulemyotu, 60 mm-lik minaatan, 2 kiloqramdan artıq partlayıcı materialları ələ keçirilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Türkiyə   terrorçu   əməliyyat  





Xəbər lenti