Putin gənclərin elektron siqaret istifadəsindən narahatdır

   Putin gənclərin elektron siqaret istifadəsindən narahatdır
  02 Sentyabr 2024    Oxunub:329
Rusiya lideri Vladimir Putin ölkənin Tuva Respublikasındakı Kızıl şəhərində yerləşən 20 nömrəli məktəbdə "Vacib məsələlər haqqında söhbət" adı altında çıxış edib.
O, söhbət zamanı elektron siqaretlərin gənclər arasında getdikcə daha çox yayılması narahatlığını diqqətə çatdırıb.

Söhbət iştirakçılarından biri elektron siqaret satışı üzrə verginin artırılması və bu vəsaitin idman zonalarının tikintisində işlədilməsi təklifini irəli sürüb.

"Gənclərin elektron siqaretlər aludəçiliyi ilə bağlı narahatlığınıza, əlbəttə, haqlısınız. Bu, həqiqətən də, narahatlıq doğurur", - Putin vurğulayıb.

Yeri gəlmişkən, bu, Rusiya Prezidentinin Tuva Respublikasına on il ərzində ilk səfəridir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Putin   elektron-siqaret  





Xəbər lenti